!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmira Axundovaya cinayət işi açıla bilər

!Reklam – Yazi

elmiraaxundovaDeputat Elmira Axundovanın mandatdan məhrum edilməsi üçün prezident İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətə 15-dən çox vətəndaş imza atıb.

Müraciətdə konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə (Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir) istinad olunub.

Müraciətdə bildirib ki, deputat Elmira Axundova Konstitusiyaya zidd olaraq kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 14.08.2015-ci il tarixli 25/24-01707 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən qeyri-yaşayış obyektinin sifarişçisinin Elmira Hüseyn qızı Axundova olduğu müəyyən edilib.

“ƏMDK DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinin 17.10.2015-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu N. Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən qeyri-yaşayış obyektinin mülkiyyətçisi Elmira Axundovadır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 05.09.2015-ci il tarixli məktubuna əsasən, deputat Elmira Axundovanın adına 2006-cı il buraxılışlı Az 90 FN 684 dövlət nömrə nişanlı “Hyundai Sonata” minik avtomobili, 2012-ci il buraxılışlı Az 10 LS 050 dövlət nömrə nişanlı “Audi Q7” minik avtomobili, 2015-ci il buraxılışlı Az 90 HH 111 dövlət nömrə nişanlı “Toyota Prado” minik avtomobilinin olduğu müəyyən edilib. Hesab edirik ki, həmin avtomobilləri sahibkarlıq fəaliyyətindən qazandığı vəsait hesabına əldə edib.

Eyni zamanda “Abşeron” MTK-nın 03.02.2016-cı il tarixli məktubuna əsasən, “Port Baku Residence” yaşayış kompleksində 1109 B saylı mənzil Elmira Axundovaya məxsusdur. Göstərilənləri nəzərə alaraq Elmira Axundovanın əməlinə hüquqi qiymət verib onun Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edilməsi üçün müvafiq qaydada tədbirlər görülməsini kollektiv şəkildə Sizdən xahiş edirik” – deyə, müraciətdə qeyd olunub.

Məsələ ilə əlaqədar E.Axundovanın mövqeyini öyrənməyə çalışsaq da, deputatın telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmadı.

Müraciətin mətnini təhlil edən sabiq MSK təmsilçisi Ənvər Əliyev AzNews.az-a bildirib ki, əgər deyilənlər sübut olunarsa, onda cinayət işinin qaldırılması ilə bağlı müəyyən addımlar atıla bilər: “Əgər həmin müəssisə Elmira Axundovanın adınadırsa və o gəlirlə kommersiya işləri ilə məşğul olursa artıq bu ciddi işdir. Yəni, müraciətdə göstərilənlər faktdırsa, bu ciddi məsələdir və qanun pozuntusudur. Bununla bağlı müəyyən tədbirlər görülə bilər”.

Ə.Əliyevin sözlərinə görə, E.Axundovanın sənəd üstündə oğlu ilə ortaq iş görməsi ağlabatan deyil: “Sənədsiz işi isə sübut etmək çox çətindir. Prezidentə ünvanlanan müraciət Baş Prokurorluğa göndəriləcək. Baş Prokurorluq bunu araşdırıb Milli Məclisə göndəcək. Ondan sonra məsələyə hüquq şöbəsində baxılacaq”.

Ə.Əliyevin fikrincə, əgər belə bir fakt sübuta yetirilərsə, mandatdan məhrum ediləndən sonra E.Axundovaya qarşı cinayət işi açıla bilər: “Amma dələduzluğun bura heç bir aidiyyəti yoxdur.Deputat kommersiya ilə məşğul ola bilməz. O, hər halda deputat seçiləndə gəlirləri haqqında hesabat verib. Mənə elə gəlir ki, burada bir az qaranlıq məsələlər var. Ortada sənəd yoxdur, ola bilsin ki, hansısa qüvvələrdir, vuruşurlar”.

Qeyd edək ki, müraciətin mətnini “Yeni Müsavat” qəzeti yayıb.

Xatırladaq ki, deputatın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq qalmaqalında hallanır. Prezidentə kollektiv müraciət qəbul edən vətəndaşların əksəriyyəti həmin iş üzrə zərərçəkənlərdir.(Aznews)

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv