!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanov Azərbaycandan gedir? – Sensasiyalı iddia

!Reklam – Yazi

359568a8e1b14692400a6d1b3cc62749Sabiq şöbə müdiri ölkədən getmək üçün illik 43 min dolları hara ödəyəcək?

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov ölkəni tərk edəcək. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışan E.Aslanov 2018-ci ilə qədər ABŞ-da yaşayacaq.

Yenicag.az-a daxil olan məlumata görə, Aslanov Harvard Universitetində oxumaq üçün təqdim edib və artıq sənədləri qəbul edilib.

Məlumatda deyilir ki, illik ödənişi 43 min ABŞ dolları olan universitetə daxil olmaq üçün maddi durum və ya imtahan həlledici rol oynamır. Burada əsas olan tələbənin gətirəcəyi Harvard üzvü olan nüfuzlu şəxslərin verəcəyi zəmanət məktubudur. Aslanovun bu baryeri Türk Amerikan Alyansı vasitəsi ilə aşdığı vurğulanır.

Xatırladaq ki, hazırda sənədlərinin ABŞ səfirliyində olduğu vurğulanan Elnur Aslanov ötən ilin mart ayında Fətullah Gülənə yazdığı iddia olunan məktublar yayılandan sonra PA-dakı vəzifəsindən uzaqlaşdırılıb və nəzarətində olan media qurumları bağlanıb.

Qeyd edək ki, bəzi mənbələr Elnur Aslanovun parlament seçkilərinə qatılacağını iddia edirlər. Lakin hələ bir neçə ay öncə Yenicag.az sabiq şöbə müdirinin ölkədən getmək istədiyini yazmışdı.  Ancaq ona yaxın mənbələr ailəsindən fərqli olaraq, Aslanovun ölkədən getmək niyyətində olduğunu bildirirlər.

Yenicag.az

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv