!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanov nazirlikdən də çıxarıldı

!Reklam – Yazi
elnur_aslaniRabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb.
Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Nazirliyin mətbuat xidməti də məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.
Əldə olunan digər məlumata görə, Elnur Aslanov artıq beynəlxalq şirkətlərdən birinə işə başlayıb.

BakiPost.az əlavə edir ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş Paralel Dövlət Terror Təşkilatının lideri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı. Bir müddət əvvəl isə media onun “fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı. Elnur Aslanovun özü isə Fətullah Gülənlə əlaqələri barədə iddiaları təkzib edir.
Onu da bildirək ki, E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

www.yenicag.az

1363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv