!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanovun “xələf”i kimin kadrıdır?

!Reklam – Yazi

cms-image-000001849Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib.

“Yenicag.az” APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb.

Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.

S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

“Yenicag.az”-a daxil olan xəbərə görə, yeni kadr Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun irəli çəkdiyi kadrlardan biridir. Elnur Aslanov “vurulduqdan” sonra bu şöbənin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun nəzarətinə keçəcəyi bildirilirdi. Lakin Prezidentin bununla Adminstrasiyadakı balansı qoruduğu bildirilir. 

 

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv