!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elnur Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən şərəf duyur” – Nazim İbrahimov

!Reklam – Yazi

nazim2Azərbaycanın Diasporla İşü zrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müddətli hərbi xidmətdə olan oğlu Elnur İbrahimovun xidmətdən yayınması, vaxtını istirahətdə keçirməsi ilə bağlı yayılan xəbərlərə və fotolara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, N. İbrahimov APA-ya açıqlamasında bəzi kütləvi informasiya vasitələrində Elnur İbrahimov haqqında yayılan məlumatların tamamilə əsassız olduğunu bildirib.

O diqqətə çatdırıb ki, bu məlumatlar böhtan xarakteri daşıyır və dərc olunan fotolar E.İbrahimovun hərbi xidmətə getməsindən xeyli əvvələ aiddir: “Elnur İbrahimov hazırda xidmət keçdiyi hərbi hissədədir və Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirməyə çalışır. Onun olduğu hərbi hissədə nizam-intizam qaydaları o qədər ciddidir ki, hətta qanuni məzuniyyətdə olduğu dövrdə belə hərbi hissənin yerləşdiyi rayonun ərazisini tərk etməyə icazə verilmir, nəinki harasa istirahətə getməyə. Hesab edirik ki, kütləvi informasiya vasitələrinin nümayəndələri xüsusilə indiki həssas məqamda bu cür yoxlanılmamış məlumatları yaymaqdan çəkinməli, belə düşünülməmiş addımların cəmiyyətdə süni gərginlik yarada biləcəyini nəzərə almalıdırlar. İnanırıq ki, bu “məlumat” indiki həssas məqamda məqsədli olaraq dövriyyəyə buraxılmayıb, sadəcə, bəzi media nümayəndələrinin qeyri-peşəkar fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. Bəzi jurnalistlər nəzərə almalıdırlar ki, belə əsassız informasiyalar Azərbaycan Silahlı Qüvvələrinin nüfuzuna da xələl gətirə, silahlı qüvvələrimizdə intizam qaydalarına riayət olunmaması kimi yanlış təsəvvür formalaşdıra bilər”.

Komitə sədri sonda bir daha bildirib ki, Elnur İbrahimov hazırda hərbi xidmətini davam etdirir və onun xidmətdə olduğu hərbi hissədə nizam-intizam qaydalarına kifayət qədər ciddi riayət olunur: nazim2.

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv