Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı məlumatları diqqətlə izləyir.

İlahə Hüseynova qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi fakt təsdiqini taparsa, Elnur Hüseynzadəyə baş çəkməyə hazırdır.

Qeyd edək ki, BQXK-dən ötən gün buna oxşar açıqlama verilərək, Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin girov götürülməsi haqda xəbərləri izlədiklərini bildirmişdilər.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."