Yazı İçi 468×60

016843e390821272ab8906b2946a796c (1)Bir neçə il əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda axtarışda olan Elşad Abdullayev tərəfindən videosu yayılan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ağababa Babayev dünyasını dəyişib.

Bu barədə A. Babayevin yaxınları məlumat verib.

Məlumata görə, 67 yaşlı A. Babayev ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, E. Abdullayev video müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Ağababa Fərman oğlu ilə söhbət edib.

E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.

A. Babayev isə açıqlamasında E. Abdullayevin onu şantaj etdiyini bildirib.

Məhkəmə-Hüquq Şurası tərəfindən hadisədən dərhal sonra hakim Ağababa Babayevlə bağlı internetdə yayılmış videoyazıya reaksiya verilib. Bildirilib ki, videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Məcəlləsinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir. Hakim Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının 14 yanvar 2013-cü il tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."