yenicag.az
yenicag.az

Elşad İsgəndərovun işçisi intihar etdi – Foto – Yenilənir

Elşad İsgəndərovun işçisi intihar etdi – Foto – Yenilənir

Müəllif: Redaktor

Editor

12636925_10207279276052932_989176247_o

İslam Konfransı Təşkilatı Gənclər Forumunun əməkdaşı, dünən İstanbulda özünü güllələyərək intihar edən Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğludur. Bu barədə müsavat.com xəbər verir. Bildirilir ki, mərhum həm də təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağı olub.

Mərhumun yaxınlarından biri adının çəkilməməsi şərti ilə bildirib ki, F. Əliyev XİN sistemində işləmirdi: “O, İstanbulda yaşayırdi və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik”.

Məlumata görə mərhumun cənazəsi artıq Bakıya gətirilib və Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.

***

Azərbaycanın İstanbuldakı baş konsulunun sabiq müavini Fəxrəddin Əliyev İstanbulda poliqonda intihar edib.

Avropa.info xəbər verir ki, diplomat poliqona gedərək orada əvvəlcə hədəfə 99 dəfə atəş açıb. Daha sonra isə sonuncu gülləsi ilə özünü öldürüb.

Fəxrəddin Əliyev dünən saat 15:00-da sürücüsü ilə birlikdə İstanbulun Səfaköy bölgəsində poliqona gedib.

Beynəlxalq İslam Konfransı Gənclər Forumunun nümayəndəsi və eksperti olan Əliyev silahı ilə 90 dəfə atəş açıb. Son 10 mərmisini darağa yerləşdirən Əliyev arxa arxaya silahın tətiyinə basıb.

Daha sonra isə Əliyev on güllədən sonuncusu ilə silahı başına dayayaraq intihar edib. Diplomat aldığı güllə yarası ilə yerindəcə dünyasını dəyişib.

Polis hadisə ilə bağlı istintaq başladıb araşdırma aparır.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışdığı iddia edilən diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə Türkiyə KİV-lərində yayılmış məlumatlara münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa.info-ya açıqlaması zamanı isə bunları deyib:

“Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləməyib. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi sistemində sözügedən şəxs çalışmayıb”.

Qeyd edək ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun sədri sabiq komitə sədri Elşad İsgəndərovdur.

Kriminal, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti