www.sinerjipro.net

SinerjiProWide
Reklam

maxresdefaultSabiq komitə sədrinin radikal təkfirçilərin lideri Əlixan Musayevlə birlikdə hazırladığı “Suriya” planı yarımçıq qaldı

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad olunması şok effekti yaratdı. Elnur Aslanovun yaxın dostu olan İskəndərovun Ərdoğanın “vurulması”nı istədiyi şəxslərdən biri kimi xarakterizə edilirdi. Lakin Prezident İlham Əliyevin E.İskəndərovu tutduğu vəzifədən azad etməsində başqa faktorların da olduğu vurğulanır.

YENİCAG.AZ-ın AZERİNFO.ORG-a istinadən  verdiyi xəbərə görə, Elşad İskəndərov Azərbaycan üçün çox riskli planlar üzərində işləyirmiş. İran və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının başçıları ilə apardığı dialoqlarla sabiq komitə sədri bir tərəfdən ərəb şiəliyini Azərbaycana gətirmək, digər tərəfdən də buna qarşı çıxacaq farsları razı salmaq üçün “vəhhabi” kampaniyası yaratmaq niyyətində imiş.

Sələf camaatının bütün başbilənlərini məscidlərdən uzaqlaşdıraraq, təkfirçi və xəvariclərin gücləndirilməsinə yaradılan şəraitin arxasında da bu plan yatırmış. Son iki ildə olduqca gücləndirilən təkfirçi və xəvariclərin bir çoxunun Suriyaya gedişi üçün şəraitin yaradılması, bu barədə gizli fətvalar əslində İskəndərovun “çekist planı”nın tərkib hissəsi olub.

tmp_Screenshot_2013-09-18-11-37-10-112000076265Sələfiləri bu oyuna qatmaq və əsasən onların məscidlərinə gələn insanları radikallığa dəvət etməklə və Suriyadan görüntüləri mediaya ötürməklə, dövlətə “demək imkan olsa, bunlar Azərbaycanı Suriyaya çevirə bilər” mesajını vermək planının icraçılarından biri də Əlixan Musayev olub. Mədinə tələbələri adlandırılan sələfilərin öz aralarından qovduğu bu şəxsi  Elşad İskəndərov öz planlarının icraçısına çevirib.

Məscidlərdə insanları Suriyadakı “cihad”a dəvət edən və radikal fikirli dindarların liderinə çevrilən Əlixan Musayevin Elşad İskəndərov tərəfindən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə mütəxəssis gətirilməsi isə bu şəxsi qorumaq mahiyyəti daşıyıb. Yəni, Əlixan Musayevi həm də dövlətdən qoruyan sabiq komitə sədri onun önünü açıb.

Elşad İskəndərovla Əlixan Musayevi birləşdirən isə nə qədər qəribə də olsa, Mustafa İslamoğlu olub. E.İskəndərov kimi etiqadlı şiə olan M.İslamoğlu bir neçə il öncə Musayev vasitəsi ilə sələfilərin arasına girməyə cəhd edirdi. O plana bu günlərdə azadlığa çıxan keçmiş “Texnikabank”ın Müşahidə Şurasının sədri Samir Hüseynov da daxil idi. O plan fiaskoya uğrasa da, Əlixan Musayevlə olan münasibət davam etdi və üzdə ikinci bunu təkzib etsə də, əlaqələr kəsilmədi. İstanbulda qurulan münasibət Bakıda davam edib və İskəndərov yaxın dostu, Türkiyədəki İran şəbəkəsinin başçısı Səlahəddin Özgündüzün də tövsiyyəsi ilə İslamoğlu-Musayev ikilisindən istifadəyə qərar verib.

Mənbəmizin iddiasına görə, əgər o plan baş tutsaydı, Azərbaycan ikinci Suriyaya çevrilə və heç nədən xəbərsiz dindarlar dövlətlə qan düşməni ola bilərdilər. Yəni, dövlətə qarşı çıxacaq dindarların güdazına digər sələfilərə də ağır zərbə vurulacaqdı. Bununla da dövlət İskəndərovun yaratdığı düşmən obrazı ilə mübarizə aparacaqdı.

İskəndərovun başqa bir fiaskosu isə şiə liderləri ələ almaq projesi olub. Belə ki, nüfuzlu din adamlarını öz ətrafına çəkmək istəyən sabiq sədr bunun üçün dövlətin “kisəsinin ağzını açıb”. O, bu proyekti təsdiq etdirmək istəyərkən, guya birilərinə ev, maşın verməklə onları dövlətin yanına çəkəcəyini bildirib. Lakin dövlətin pulu havaya sovrulsa da, nəzərdə tutulan din adamlarından heç birindən istənilən nəticəni ala bilməyiblər. Əksinə həmin güclənən din adamları daha da təhlükəli  xarakter almağa başlayıblar.

Son olaraq o da vurğulanır ki, bir müddət öncə QMİ sədri Allahşükür Paşazadə əleyhinə yayılan xəbərlərin də qaynağının sabiq sədr olduğu üzə çıxıb. Belə ki, həmin məlumatların Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri Bəndər ibn Abdulaziz tərəfindən İskəndərova verildiyi və onun mediaya ötürdüyü ehtimal olunur.

Mövzuya qayıdacağıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."