Yazı İçi 468×60

12167182_981977201859454_258237346_n1 noyabr 2015-ci il tarixində keçiriləcək 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Nəcəfov Elşən Hökumət oğlu müraciət etdi.

MÜRACİƏT:
Hörmətli 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları!

Mən, Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam!
Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam!
Mən, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr təhsilini bitirdikdən və hərbi xidmətimi başa vurduqdan sonra, bunun hələ də, kifayət etmədiyini anlayaraq, təhsilimi Rumıniya-Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr dərəcəsində yekunlaşdırdım.
Sizlər özünüz də, çox gözəl bilirsiniz və dünyada baş verən son hadisələr də, durmadan sübut edir ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti anlayaraq, bu gün sizlərin qarşısında həmin imkanları məhz sizlər üçün sərf etməyə hazıram!
Mən sizin qarşınızda tək deyil, məhz yüksək elmi-bilik və idarəçilik bacarıqlarına sahib olan gənclərdən ibarət komanda ilə çıxış edirəm.
Bizim bir məqsədimiz var:
Doğma vətəndaşlar!
Sizin maraqlarınızı Azərbaycan Respublikasının Ali Qanunverici orqanı Milli Məclisdə, Azərbaycan Respublikasının maraqlarını isə ölkəmizin xaricində şərəflə müdafiə etməkdir!
Bu, çətin, lakin məsuliyyətli və şərəfli işdə, sizlərin hər birinizi mənimlə bu yola birlikdə çıxmağa dəvət edirəm!
TƏHSİL SEÇİM EDİR!

Hörmətlə,
Nəcəfov Elşən Hökumət oğlu
* * *
Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci il tarixində Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” faültəsində bakalavr, Rumıniya-Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsili alıb.
Müxtəlif ictimai və sosial mövzularda “Elşən Gəncəvi” imzası ilə məqalələr müəllifidir.
Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri “Oxu-magiya” kitabında toplanıb. “Oxu-magiya” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş “Mesaj 2” layihəsi çərçivəsində çap edilib.
Ailəlidir. Yusif Nəcəfsoy adlı övladı var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."