!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elşən Musayev Milli Məclisdə nədən danışacaq?

!Reklam – Yazi

U8Ym45KlC5Jz“Milli Məclisdə əsasən qlobal xarakterli məsələləri qaldırmağı düşünürəm və bu istiqamətdə qərarların qəbul edilməsinə çalışacağam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisə seçilən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söylədi: “İxtisasca hüquqşünasam. Amma əsas istiqamətim isə siyasətlə məşğul olmaqdır. Parlamentdə təmsil olunan insan həm də siyasi status daşıyır. Bu mənada yeni parlamentdə verəcəyim və qəbuluna çalışacağım təkliflər də əsasən qlobal xarakterli olacaq. Parlamentdə əsasən də seçicilərimin problemlərini qaldırmağı düşünürəm. Deputat seçildiyim 110 saylı Zaqatala seçki dairəsi 2012-ci ildə dəhşətli zəlzələ ilə üz-üzə qaldı. Azərbaycan dövləti bu rayonda böyük işlər görüb. Orada say hesabı ilə 4500 evin yenidən tikilməsi nəzərdə tutulub ki, onun da 400 mini tikilib. 500 ailə isə bu anı intizarla gözləyir. Rayondakı digər problemlər içməli və suvarma suları ilə bağlıdır. Rayonda böyük qazlaşdırma işləri aparılıb, amma hələlik proses bütün rayonu tam mənada əhatə etməyib. İnsanlar isə bütün rayonun qazlaşdırılmasını arzulayır. Yəni növbəti 5 ildə sırf seçicilərimin problemləri ilə bağlı məsələləri qaldıracağımı düşünürəm. Qlobal istiqamətə gəldikdə hələ seçkidən öncə də bununla bağlı müəyyən layihələrlə çıxış etmişəm. İndi isə bu istiqamətdə meydan böyükdür, müəyyən hüquqi, qanunvericilik məsələlərilə bağlı fikirlərim olacaq. Bu məsələləri parlamentə çıxarmamışdan öncə media müstəvisinə də çıxarmağı düşünürəm. Ondan sonra məsələləri parlamentdə daha təkmilləşmiş formada qaldıracağam. Qlobal məsələlərlə bağlı isə mövcud problemlər qalxmalıdır. O mənada real vəziyyətə uyğun problemləri səsləndirməyə çalışacağam”.

 

ELÇİN

www.yenicag.az

1369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv