!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elza ölən pişiyindən danışdı: "Torpağa basdıranda burnundan öpdü"

!Reklam – Yazi

Əməkdar artist Elza Seyidcahan kədər içindədir. Onun 11 ildir ki, saxladığı Ceyla adlı pişiyi ölüb.

Sənətçi Yenicag.az-a gözyaşları içərisində pişiyindən danışıb:

“Son nəfəsini qızımın yanında verdi. Bu gün də qızım Gülşənin ad günüdür. Dünən oğlum Ələkbər toyda idi, zəng elədi ki, onu basdırmaq üçün məni də gözləyin. Apardılar torpağa basdırdılar. Ələkbər onu torpağa qoyanda burnundan öpüb. Çünki biz həmişə onun burnundan öpürdük. Ceylanın boynunda mənim adım yazılmış zəncir də vardı, dəfn olunanda onu çıxartdıq ki, yadigar qalsın. Çox sədaqətli pişik idi, insanlardan da sədaqətli… Onun yoxluğu məni çox incidir. Ağlamaqdan səsim də tutulub. Amma insanlar soruşanda deyirəm ki, zökəm olmuşam. Mən onu heç vaxt unutmayacam. Hətta Ceylaya görə musiqili-anım tədbiri də keçirəcəm. ”.

Cəvahir

www.yenicag.az

2884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv