www.sinerjipro.net

SinerjiProWide
Reklam

“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı stilist Anar Ağakişiyev olub.

Stilist 2016-cı ildə sənətçilərin stilindən danışıb.

Müğənni Günay İbrahimlini tərifləyən A.Ağakişiyev əməkdar artist Elza Seyidcahanın stilindən danışıb:

“Mənim zənnimcə, 2016-cı ilin sonlarında partlayışı Günay İbrahimli etdi. Həmişə zövqlü görünürdü. Günay o qədər iri addımlarla partlayış etdi ki, böyük səs-küyə səbəb oldu. Mənim üçün 2016-cı ilin ən zövqlüsü Günay İbrahimli və Röya Ayxandır. Amma digərlərinin də haqqını tapdalamaq olmaz. O sırada Tünzalə Ağayeva və Nərgiz Cəlilova da var. Çoxları məndən inciyəcək. Ancaq nə etmək olar? Acı həqiqət budur. Aygün xanım, qəşəng görünür, özünə görə tərzi var. Ancaq dəb baxımından partlayış yoxdu.

Bəziləri başqalarını “kopyalayırlar”, yaşıl saç düzümləri edirlər. Zövqsüzləri artıq tamaşaçılar əzbər bilir. Adlarını çəksəm, reklam etmiş olacam. Elza artıq bir ildir ki, zövqsüzlük ikonasının kraliçası olub. Başında “priçoska”, üstündə də kürk”.

A.Ağakişiyev heç kimdən çəkinmədiyini, hamını tənqid etməyə hazır olduğunu deyib:

“Aralarında bəziləri var ki, qardaşları stilistdir, ancaq artıq adam bilmir nə etsin. Nə qədər eyni saç düzümü yığarlar? Bilirəm ki, bunun sonu necə olacaq. Kimsə durub nəsə cavab qaytarsa, həmin dəqiqə məhkəməyə gedəcəm. Mən ona cavab qaytarmayacam. Məhkəməyə də Avstraliyadan şirkətimdən baxılacaq. Necə ki, bu yaxınlarda bir məhkəməni qazanmışam, o biri məhkəməni də həmçinin. Çünki haqq-ədalət var”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.