Ads by Google

hightechnic
Ads by Google

İyunun 8-də Lənkəran Dövlət Universitetində “Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda görüş keçirilib. Tədbir “Zərdabi Mətbuat Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsindəki sayca üçüncü görüş olub.

İki ayrılıqda keçirilmiş toplantıların birincisində əsasən LDU-nun müəllim, tələbə kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov açıb. O, ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da medianın missiyaya həssaslıqla yanaşıldığını vurğulayıb. İstər qəzet və jurnalların, istərsə də telekanalların sərbəst fəaliyyətinə hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. LDU-nun şəhərin ictimai həyatdakı rolundan, keçdiyi yoldan, hazırkı fəaliyyət istiqamətlərindən söz açan A.Məmmədov istər tələbələrin, istərsə də müəllimlərin dövrü mətbuatla sıx şəkildə əlaqədə olduqlarını vurğulayıb. Bunun ümumilikdə rayon ictimai palitrasının zənginləşməsi baxımından önəmini əsaslandırıb.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə rəhbəri olduğu layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət testi tətbiq edilir: “Jurnalistikanın ixtisaslaşması vacibdir. Layihəmiz də bu məqsədə yardım etməyə köklənib. Əvvəllər ancaq humanitar sahəni bitirən bakalavrlar magistr pilləsində jurnalistikanı seçə bilirdilərsə, hazırda digər ixtisas sahibləri üçün də belə bir imkan var. İstərdim ki, bu gün bura toplaşan müəllimlər öz tələbələrini mövcud istiqamətdə maarifləndirsinlər. Təbii ki, iş yerli media tərəfindən də aparılmalıdır. Jurnalistikamıza öz ixtisasının bilicisi olan gəncin yaradıcılıq məhsulu lazımdır. Biz bu zərurəti təbliğ etmək üçün Lənkərandayıq. Rayon isə özünün ənənələri ilə hər zaman seçilib. Burada sözə, sənətə qiymət böyükdür. Mətbuatımızın keçdiyi yola, onun ictimai missiyasına, müasir mediamızdakı tendensiyalara diqqət yetirəcəyik. İnanıram ki, faydalı nəticələr əldə edəcəyik”.

Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyin sədri Seymur Verdizadə çıxışında Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayan mediaya keçiddə meydana çıxan xarakterik vəziyyətlərdən danışıb. O, ölkəmizdə kütləvi informasiya vasitəsi bolluğunun olduğunu qeyd edib. Bunun müsbət tərəfləri ilə yanaşı, mənfi çalarları üzərində də dayanıb. İnternetin sürətlə inkişaf etdiyi hazırkı şəraitdə hər kəsin özünü jurnalist kimi göstərməsinə imkanın olduğunu diqqətə çatdıran S.Verdizadə bundan sui-istifadə meyllərinə toxunub.

Tədbirin davamı kimi ikinci görüş LDU-nun tədris korpusunda bilavasitə tələbələrlə keçirilib. Burada tələbələrə əsasən mediada məsuliyyət, şərəf və ləyaqətin qorunması, beynəlxalq və yerli medianın iş xüsusiyyətlərindəki fərqlər barədə məlumat verilib. Tələbələr müzakirələrə qoşularaq onları maraqlandıran sualları ünvanlayıblar. Mövcud xüsusda jurnalistikada magistr səviyyəsində təhsili davam etdirmək üçün qabiliyyət testinin müxtəlif cəhətləri barədə məlumat verilib, konkret tövsiyələr verilib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 128
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."