Əməkdar artist dünyasını dəyişdi

Əməkdar artist dünyasını dəyişdi

Müəllif: Redaktor

Baş Redaktor

Gəncə Dövlət Dram Teatrına ağır itki üz verib.

Teatrın aktyoru, Əməkdar artisti Faiq Məsim oğlu Qasımov 68-ci yaşında qəflətən vəfat edib.

Mərhumla vida mərasimi 24 yanvar 2017-ci il saat 11-dən 14-dək Gəncə Dövlət Dram teatrının binasında keçiriləcək.

Aktyor Fəxri Xiyabanda dəfn olunacaq.

O, 25 avqust 1948-ci ildə anadan olub. 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlayıb. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan Faiq Qasımov hər zaman yaradıcılığında yumorun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilib.

Yenicag.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti