!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist HƏDƏLƏDİ: “Özünü yığışdır, elə eləmə gəlib səni...” - QALMAQAL

!Reklam – Yazi

Əməkdar artist Cavanşir Məmmədovun 70 min dollarlıq “GMC Yukon XL” markalı avtomobili ilə maşın bazarında çəkilən fotoları müğənninin müflis olması xəbərini gündəmə gətirib.

Yeniçağ.az-a açıqlama verən C. Məmmədov haqqında yayılan xəbərə və maşın bazarında çəkilən fotolara görə qəzəbləndiyini deyib:

“Hər kəs bilir ki, mənim maşınlarım nadir avtomobillərdir. Maşın bazarında dünyanın məşhur avtomobil markalarının satış mərkəzləri var və hər bir kəs həmin mərkəzlərdən maşın alıbsa, aparıb ora qoya bilər. Hər şənbə bazar günləri bütün markalardan olan maşınlar həmin satış mərkəzinə daxil olur. Mən əgər yekəxana, özümdənrazı biri olsaydım, maşınımı ora sürücü vasitəsiylə göndərərdim. Amma özüm getdim. Mən millətimin xeyrində-şərində iştirak edən adamam. O maşınları da zəhmət çəkib almışam. Bir maşını ilyarımdan artıq sürmürəm. Bu maşını da keçən il sürmüşəm, bu il satıram, kimə nə dəxli var? O xəbərləri yazanlara deyirəm, özünü yığışdır, elə eləmə səni məhkəməyə verim”.

Əməkdar artist onun müflis olduğunu deyənlərə səslənib:

“Mən müflis olmamışam, maşınlarımın hamısı da durur, yerini deyərəm gedib baxarsınız. Kimə nə isti-soyuğu var ki, mən maşın alıb-satıram? Cavanşiri bütün türk dünyası tanıyır. İkincisi də müflis olaram, olmaram kimə nə dəxli var axı? Qumarbaz deyiləm, narkotik qəbul etmirəm ki, müflis olam. İbrahim Tatlısəs öz marağı naminə dönər, çiy köftə satırdı, səhf etmirəmsə, İngiltərənin baş naziri velosipeddə gəzib. O demək deyil ki, onlar müflis olub. Yazdılar ki, AST Telman müflis olub, adama deyərlər onun dilindən çıxdımı bu söz? Mənim maşın bazarında şəkillərimi çəkmək lazım deyil. Sabah-birigün gedib Türkiyədə qumarxanada oturub kofe içib, bilyard oynaya bilərəm onda mən qumarbazam? Mənim heç bir dənə nə su köşküm var, nə də zavodum. Olanım-qalanım maşınlarımdır. Neçə dənədir, bunu da özüm bilərəm”.

Sənətçi ötən gün duet ortağı, həmkarı Firuzə İbadova ilə sevgili olduğu açıqlamasına da münasibət bildirib:

“Mən elə söz deməmişəm. Heç kimin anasına, bacısına şər atmasınlar. Demişəm, Firuzə sənətkardır, ona böyük sevgim, hörmətim var. Burda böyük sənətkar sözü işlənib, sonra sevgi. Camaat min oyundan çıxır, 63 yaşım var, mənim indi sevib-sevilən vaxtımdır? Xəstədirlər ey. Mən 42 ildir sənətdəyəm, hamı bilir ki, həmişə işimlə məşğul olmuşam. 21 ildir duet oxuyuruq, pis iş görürük? Yazsınlar, amma sonra deməsinlər ki, qardaşımın uşağının toyudur, gəl bir ağız oxu. İndən belə görərlər?”

Qeyd edək ki, C. Məmmədov hər zaman avtomobil həvəskarı olduğunu, kolleksiya yığdığını deyib. Onun “Rolls Roys”, “Kraysler” və “Kadillak Eskalad” markalı maşınları var.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv