!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən Nəsibə Zeynalova ilə bağlı GİZLİN FAKT: “Polislər tökülüşdü üstümüzə”...

!Reklam – Yazi

“Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da dayanmalıdır”- “Qayınana” filmindən bu məşhur aforizmi nahaqdan xatırlamadım. Bu gün Xalq artisti, Azərbaycan teatrının kraliçası Nəsibə Zeynalovanın doğum günüdür.

Əməkdar artist, aktyor Novruz Qartal sevilən sənətkarla bağlı heç vaxt söyləmədiyi xatirələrini bölüşüb:

“Teatrda “Qayınana” tamaşasını qoymuşduq. Təsəvvür edin ki, hər yerdə afişalar vurulub, biletlər satılıb… Nəsibə xanım zəng elədi ki, bəs xəstələnmişəm, axşam tamaşanı oynaya bilməyəcəm, Şəmsi müəllimə də (teatrın direktoru Şəmsi Bədəlbəyli-red) demişəm. Mən tamaşanın aparıcısı idim. Sən demə, yalandan deyirmiş ki, onun əvəzinə dublyoru aktrisa Nəsibə Behbudova oynasın. O belə mərd xanım idi, özü qəsdən şərait yaradırdı ki, digər aktrisalar da səhnəyə çıxa bilsin. Şəmsi müəllim dedi ki, Novruz, gəl gedək Nəsibə xanımgilə. Mənə dedi ki, zəngin düyməsini bas. Özü də kənarda dayandı. Nəsibə xanım qapını açan kimi mənə qayıtdı ki, “adə, nöşün dalımca gəlmisən, demədim, xəstəyəm teatra gəlməyəcəm?”. Qaş-göz elədim ki, tək deyiləm. Bu zaman Şəmsi müəllim irəli yeridi ki, ay Nəsibə xanım, hara belə bəzənmisiz, bəs deyirdiz xəstəyəm? Nəsibə xanım özünü itirmədi və dedi: Şəmsi müəllim, axşam tamaşam var, teatra hazırlaşıram da”.

N.Qartal aktrisaya olan xalq sevgisindən də danışıb:

“Xəstə yatan vaxtlarıydı, Elxan Əhədovla gəldik ki, onu tədbirə aparaq. Yolda Elxan yol hərəkət qaydasını pozdu, polislər töküldü üstümüzə. Bir nəfər paqonlu kişi maşının qapısını açıb, özünü təqdim elədi: mən mayor… Nəsibə xanım onun sözünü ağzında qoydu və dedi:

“Mən də general Zeynalova”.

Mayor Nəsibə xanımı görən kimi üzrxahlıq elədi və dedi ki, Nəsibə xanım sizə hər şey olar. Biz rayonlara gedirdik, ona o qədər pay qoyurdular ki, yığıb-yığışdıra bilmirdik”.

 

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

1598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv