!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin başına iş gəldi: "Qanı saxlaya bilmirdilər..."

!Reklam – Yazi

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova səhnədə yaşadığı ekstrimlərdən danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa illər əvvəl başına gələn hadisəni xatırlayıb:

“Səhnə elədir ki, bəzən ekstrim vəziyyətlər də qaçılmaz olur. Aktyorlar gərək hər zaman belə vəziyyətlərə hazır olsunlar. Səhnəyə yeni gəldiyim vaxtlarda mənim də başıma belə bir hadisə gəlib. “Dərs” adlı tamaşada məktəbli qız obrazını canlandırırdım. Sinif otağında bir oğlanla dialoqumuz vardı. Mən otaqda qalmaq istəyirdim, amma həmin sinif yoldaşım deyir ki, gedək gəzək. Əlimdə diplomat çanta vardı, oğlan bir tərəfə dardırdı, mən o biri tərəfə… O məqamda tərəf müqabilimin ehtiyatsızlığı üzündən diplomatın dəstəyində olan dəmir dırnağımın mayasını qopartdı, əlimi qan bürüdü. Mən barmağımı sıxdım ki, qan dayansın Özümüzü itirmədik, dərhal improvizə olundu. Oğlan otaqdan çıxıb, xəbər verdi ki, bəs Hüsniyyənin başına iş gəlib. Məktəbin xadiməsi rolunda çıxış edən qadın, əlində bint otağa girib, barmağımı sarıdı. Tamaşaçı da heç nə başa düşmədi. Bir müddət barmağım sarıqlı gəzdim. Bu cür hadisələr çox olub, amma heç vaxt özümü itirməmişəm”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv