!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar jurnalistdən Aprel qalibiyyəti ilə bağlı təklif – QƏHRƏMANLIQ GÜNÜ elan edilsin

!Reklam – Yazi

Moderator.az xəbər verir ki, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, Əməkdar jurnalist Nadir İsmayılov (Nadir Azəri) belə bir təkliflə çıxış edib ki, Aprel qələbələrinin qazanıldığı tarix Azərbaycanda QƏHRƏMANLIQ GÜNÜ elan edilsin.

Nadir İsmayılov təklifi ilə bağlı bunları qeyd edib:

“Hörmətli ziyalılarımızdan birinin bir neçə ay öncə mənə “aprel qələbəsinin qazanıldığı tarixi hər il bayram kimi, təqvimin xüsusi günü kimi qeyd etməyə haqqımız çatır. Siz jurnalistlər bunu ictimailəşdirsəniz yaxşı olar” demişdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə keşirdiyi görüş zamanı çıxışını dinlərkən bir daha həmin ziyalımızın dediklərini xatırladım. Məlum olduğu kimi həmin çıxışında “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir” deyən cənab Prezident eyni zamanda bildirib ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır”.

Jurnalist millət vəkillərindən bu təklifin parlamentdə səsləndirilməsini, həmkarlarından isə dəstək olmağı xahiş edib:

“Dövlət başçısının da bəyan etdiyi kimi, biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Eyni zamanda aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər.
Beləliklə bütün bunları əsas götürərək, aprel qələbələrinin qazanıldığı tarixin (1-4 aprel tarixlərindən birinin) Azərbaycanda QƏHRƏMANLIQ GÜNÜ elan edilməsini təklif edirəm. Və hörmətli millət vəkillərimiz Hikmət Babaoğlu, Əflatun Amaşov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Sahib Əliyevdən bu təklifin parlamentdə səsləndirilməsinə dəstək vermələrini xahış edirəm.

Yəqin ki, jurnalist həmkarlarımız da bu məsələdə dəstəklərini əsirgəməyəcəklər”.

Yeniçağ.az

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv