Əməkdar rəssam Fərman Qulamov vəfat edib

Müəllif: Redaktor

Editor

7588987170_e44207b564_bƏməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.

N. Mətinin sözlərinə görə, F. Qulamov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə “Humay” mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.

Allah rəhmət eləsin!

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır