Əməliyyat olunan xəstənin qarnında qalan əşya - Bakıda çıxarıldı - Fotolar

Müəllif: Redaktor

Editor

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşib. ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblər.

Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı ayınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Və xəstə dərhal Professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib.

Yeniçağ.az

Foto Qalereya:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir