!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - TƏCİLİ QAN LAZIMDIR + Son dəqiqə

!Reklam – Yazi

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan “Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

Əldə etdiyimiz məlumata görə, aktyora “3+” rezurslu qan köçürülməlidir.

Aktyor Yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:

“ 5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib:

“Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.

 

 

Cəvahir

Yenicag.az

www.yenicag.az

1816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv