yenicag.az

Emin Əminə və əkizləri ilə birlikdə – FOTOLAR

Emin Əminə və əkizləri ilə birlikdə – FOTOLAR

Müəllif: Redaktor

Editor

fonemin emine ile (2)Müğənni-bəstəkar Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın övladlığa götürdüyü Əminə və oğlanları Əli ilə Mikayılın yeni fotolarını yayıb.

Emin Ağalarovun sosial şəbəkədəki hesabında paylaşdığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: “Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.

Maqazin, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti