Emindən Leyla Əliyevaya – Təşəkkür

Müəllif: Redaktor

Editor

 

eminleylaaaaMəlum olduğu kimi, 9-10 iyul tarixində Bakıda “JARA” Beynəlxalq musiqili yay festivalı keçirilib. Festivalın təşkilatçısı bəstəkar-müğənni Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və Russkoye Radio-nun yaradıcısı, “Zolotoy Qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikov olub. Festivaldan sonra isə E.Ağalarov sosial şəbəkə vasitəsilə təşəkkürlərini çatdırıb.

Emin Ağalarov festivala göstərdiyi dəstəyə görə ilk növbədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Azərbaycanın prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Bildirib ki, Festival şənbə günü Rusiyanın Birinci kanalında, bazar günü isə AzTV-də nümayiş olunacaq.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır