!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak Komitəsi tender elan edir

!Reklam – Yazi

Əmlak  Məsələləri  Dövlət  Komitəsi  Yanında  Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri  Xidmətinin Tabeliyində “Kadastr  və Yerquruluşu  Layihə-Tədqiqat  Mərkəzi” Məhdud  Məsuliyyətli  Cəmiyyəti AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 2 lot üzrə keçirilir::

lot 1 – “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihə-tədqiqat ərazi idarələri tərəfindən torpaqların elektron uçotu informasiya sisteminin yaradılması işlərinin icrası zamanı tələb olunan GPS-lərin, distometrlərin və digər zəruri avadanlıqların satın alınması

lot 2 – “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihə-tədqiqat ərazi idarələri tərəfindən yaşayış məntəqələri daxilində torpaqların elektron uçotu işlərinin aparılması ilə bağlı tələb olunan kompüter dəstlərinin, planşetlərin və skanerlərin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 (Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, otaq № 510)(Əlaqələndirici şəxs :Çingiz Tanırverdiyev, telefon :994 12 432 15 28) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 – 500 manat
lot 2 – 500 manat
Hesab: AZ23AİİB38030019443701778107
VÖEN 1302005671
Bank: Kapital Bankın 1 saylı Xətai filialı
Kodu: 200071
VÖEN: AZ37NABZ01350100000000001944
M/H: 9900003611
S.W.İ.F.T: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9.İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10.Digər sənədlər:

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) – Texniki Spesifikasiyada göstərilən mallara istehsalçı zəmanəti; – Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər. Qeyd: – 5-ci bənddəki səndələr sosial müdafiə orqanından da alınmalıdır; – 8-ci bənd üzrə bank rekvizitləri də göstərilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-03-30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-04-07 17:00qədər Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 (otaq № 510) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2017-04-10 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. (TENDER KOMİSSİYASI)

Yeniçağ.Az

www.yenicag.az

1277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv