yenicag.az
yenicag.az

Ən çox kredit ayrılan  sahələr məlum oldu – SİYAHI

Ən çox kredit ayrılan sahələr məlum oldu – SİYAHI

Müəllif: Redaktor

Editor

Ötən ilin dekabrında iqtisadiyyatın ayrı-ayrı sahələrinə kredit qoyuluşları artıb.

Yenicag.Az  xəbər verir ki, ötən ilin dekabrında bu məqsədlə 16 444,6 milyon manat vəsait ayrılıb. Noyabr ayında isə bu rəqəm 16 275,5 milyon manat olub. İqtisadiyyata qoyulan kreditlərin 5 749,2 milyon manatı dövlət bankları, 10 222 milyon manatı isə özəl banklar tərəfindən verilib.

Ötən il ən çox kredit qoyuluşu fevral ayında müşahidə edilib. Həmin vaxt iqtisadiyyata ümumilikdə 20 327,4 milyon manat kredit qoyulub. Bunun 7 170,1 milyon manatı dövlət, 12 561,8 milyon manatı isə özəl bankların payına düşüb.
Son 10 ildə iqtisadiyyata ən böyük kredit qoyuluşu isə 2015-ci ilin fevral ayında baş verib. Həmin vaxt ayrı-ayrı sahələrə ümumilikdə 20 697,2 milyon manat kredit yönəldilib.

2016-cı ilin dekabrında vaxtı keçmiş kreditlərin ümumi həcmi 1 472,6 milyon manat olub.
Həmin vaxt ən çox kredit ev təsərrüfatlarına ayrılıb. Ən az kredit isə hökumət idarələrinə verilib. Ötən ilin dekabrında iqtisadiyyata ayrılan kreditlərin bölgüsü belə olub:

Ev təsərrüfatlarına – 5 858,7 milyon manat
Ticarət və xidmət – 2 467 milyon manat
Energetika, kimya və təbii ehtiyatlar sektoru – 596,2 milyon manat
Kənd təsərrüfatı və emal – 441,3 milyon manat
İnşaat və əmlak – 1 908,6 milyon manat
Sənaye və istehsal sektoru – 1 265,6 milyon manat
Nəqliyyat və rabitə – 1 271,1 milyon manat

Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) – 1 703,5 milyon manat
İctimai təşkilatlara verilmiş kreditlər – 25,6 milyon manat
Hökumət idarələrinə – 0,9 milyon manat
Digər sektorlar – 198,1 milyon manat

Yenicag.Az

Bank, Xəbərlər, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti