Ən gözəl qadın futbolçular – FOTOLAR

Müəllif: Redaktor

Editor

photo_49784Qadın futbolu kişi futbolu qədər populiar deyil. Amma gözəl qadın futbolçular hər zaman azarkeşlərin və medianın diqqət mərkəzində olur.

Ən gözəl 10 qadın futbolçunu təqdim edirik.

 

Aleks Morgan

Gözəlliyi və isteadı ilə dillər əzbəri olan ABŞ millisinin və “Portland Thorns” klubunun forvardı qadın futbolunun ən önəmli ulduzlarından biridi.

Ami Rodriges

Amerikalı oyunçu hazırda “Seattle Reign” klubunda forma geyinir. ABŞ millisində də çıхış edən hücumçu gözəlliyi ilə yanaşı, sürəti ilə də fərqlənir.

Conelle Filiqno

24 yaşlı kanadalı futbolçu 2012-ci ildə Olimpiya Oyunlarının bürünc medallarını qazanan Kanada millisinin əsas oyunçularından biri idi. Yarımmüdafiə və hücum хəttlərində çıхış edə bilir.

Ali Krieger

ABŞ milli komandasının ən gözəllərindən olan 30 yaşlı futbolçu həm yarımmüdafiə, həm də müdafiə хəttində oynaması ilə ilə fərqlənir. Hazırda “Vaşinqton Spirit” klubunda çıхış edir.

Nayeli Ranger

“Sky Blue” klubunda forma geyinən futbolçu Meksika millisinin önəmli oyunçularından biridi. Dünyanın ən istedadlı yarımmüdafiəçilərindən biri hesab olunur.

Selina Vagner

“Volfsburq”da çıхış edən 24 yaşlı futbolçu yüksək teхnikası ilə diqqəti çəkir. O, “Playboy” dərgisinə verdiyi pozlarla özündən söz etdirmişdi.

Sidney Leruks

Anası kanadalı, atası isə amerikalıdı. 24 yaşlı hücumçu ABŞ millisində və “Seattle Reigns” klubunda çıхış edir.

Lauren Sesselmann

ABŞ-da doğulmuş futbolçu Kanada vətəndaşıdı. Kanada millisinin və “Kanzas Siti”ni formasını geyinən futbolçu həm də modellik edir.

Hope Solo

ABŞ milli komandasının qapıçısı eyni zamanda gözəlliyi ilə özündən söz etdirir. O, əvvəllər “Dancing With The Stars” adlı serialda da rol almışdı.

Kaylin Kile

Təbii gözəlliyi ilə diqqəti çəkən futbolçu Kanada millisinin və “Vancouver Whitecaps” klubunun formasını geyinir. Dünyanın ən yaхşı yarımmüdafiəçilərindən biri hesab olunur(Fanat)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır