Ən son seçki xəbərləri BURADA – Yenilənir – 9

Müəllif: Baş Redaktor

Baş Redaktor

780af335919ed1ffbbaa6c7e48bf2230Saat 15:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 2230750 seçici səs verib. Secki-2015.az saytının məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 15:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 42.9 faiz təşkil edib.

***

Səsvermə prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasında yaradılan “qaynar xətt”ə 77 müraciət daxil olub. Bu barədə Secki-2015.az saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən informasiya xarakterlidir. Hələlik qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb.

***

“Səsvermə üçün 5547 məntəqə hazır vəziyyətə gətirilib. Seçki məntəqələri vaxtında açılıb, saat 08.00-da səsvermə başlayıb”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, səsvermə prosesi indiyədək normal davam edir: “Saat 12.00-dək seçicilərin 28.02 faizi səsvermədə iştirak edib. Hesab edirəm yaxşı nəticədir. Heç bir ciddi pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib. Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb”.

Qeyd edək ki, M. Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

***

“Parlament 2015″ Seçki Monitoriq Koalisiyasının 500 müşahidəçisi ölkənin 118 seçki dairəsində monitorinq aparır. Koalisiya üzvlərinin rəhbərliyi altında isə Bakının 30 seçki dairəsində müşahidə missiyası həyata keçirilir”. Bu sözləri Secki-2015.az saytına Koalisiyanın üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov deyib.

O qeyd edib ki, hazırda rəhbərlik etdiyi müşahidəçi qrupu Abşeron rayonunda yerləşən seçki dairələrində monitorinqləri başa vurub. Növbəti ünvan Binəqədi rayonu ərazisindəki seçki dairələridir.

Elçin Əhmədovun sözlərinə görə, məntəqələrdə seçici fəallığı var: “Aparılan müşahidələr zamanı hər hansı bir qanun pozuntusu aşkar olunmayıb”.

***

Saat 12:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 1468205 seçici səs verib. Secki2015-az saytının məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 12:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 28.2 faiz təşkil edib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir