Yazı İçi 468×60

img_9383Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadİnform” İnformasiya Agentliyinin martın 3-də elan etdiyi paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı “Ən yaxşı foto və video-süjet” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azadinform xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən “Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, hamı üçün açıq olan müsabiqəyə göndərilən foto və videoların sayına heç bir məhdudiyyət qoyulmayıb, ümumilikdə 13 nəfər foto, 5 nəfər isə video göndərib. Onun sözlərinə görə çəkilən foto və video-süjetlərin əsas mövzusu sürət həddinin aşılması, avtomobillərin bir-biri ilə yarışa çıxması, qanunsuz parklamalar, sürücülərin tullantıları yolun ortasına atması və s. olub.
N.Niftiyev bildirib ki, bu cür yarışmaların keçirilməsində məqsəd sürücülük mədəniyyətinin səviyyəsini yüksəltməkdir. Baş redaktor qeyd edib ki, müsabiqəyə təqdim olunmuş foto və video-süjetlərdə qayda pozan sürücülər ilk növbədə özlərinə kənardan baxmaq imkanı əldə edirlər: “Ümüd edirik ki, bundan sonra həmin sürücülər sükan arxasında daha diqqətli və mədəni olmağa çalışacaqlar”.
Tədbirdə çıxış edən “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İsgəndər Quliyev bildirib ki, hər gün həyatımız üçün təhlükə yaradan, yol hərəkəti iştirakçılarına stress yaşadan bu cür sürücülərlə mübarizə aparaq lazımdır. Onun sözlərinə görə, artıq hər kəs dərk edib ki, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını yalnız cərimə və sərt cəzalarla almaq mümkün deyil: “Bu işdə təbliğat və maarifləndirmə ən güclü vasitədir. Ümid edirik ki, bu cür müsabiqələr yol hərəkəti qaydalarının pozulması istiqamətində fayda verəcək”.
İ.Quliyev müsabiqədə qalibləri öz məhsulları ilə mükafatlandıran “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə də təşəkkür edib: “Bu kimi sosial layihələrdə “Veysəloğlu” Şirkətlər Qrupu hər zaman ictimai təşkilatlara və mediaya əstək verir”.
Qeyd edək ki, sonda 4 qalibə (Yeganə Süleymanova – qhtxeber.az, Ruslan Xəlilov – “Gündəlik Teleqraf”, Elşən Şirbağırov – İTV Carçıfilm, rejissor assienti, Mithət Abdullayev – müstəqil jurnalist) təşkilatçılar tərəfindən mobil telefon, “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən isə hər bir qalibə hədiyyə paketləri hədiyyə olunub.

veys6.JPG

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."