!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerji layihələrimizin iştirakçıları 500 ən çox gəlir əldə edən şirkətlər sırasındadır

!Reklam – Yazi

25
“World Economic Forum” gəlirinə görə dünyanın 500 ən iri şirkətinin siyahısı açıqlayıb.

“APA-Economics” xəbər verir ki, siyahıda bir dənə də olsun Azərbaycan şirkəti yoxdur. Buna baxmayaraq, Azərbaycanda reallaşdırılan enerji layihələrinin iştirakçısı olan bir çox şirkət siyahıya düşə bilib.

“Azəri-Çıraq-Günəşli” layihəsində 8%-lik paya malik olan və 2015-ci ildə 5-ci yerdə olan ABŞ-ın “ExxonMobil” şirkəti 6-cı yerə yuvarlanıb. Şirkətin gəliri 246,204 mlrd. dollardır. 2015-ci illə müqayisədə bu il enerji nəhənginin gəlirləri 35,6% azalıb.

Ötən il 6-cı yerdə olan ölkəmizin həyata keçirdiyi əksər layihələrin iştirakçısı Böyük Britaniyanın BP korporasiyası bu il TOP-10-u qapayır. Şirkətin gəliri il ərzində 37% azalaraq 225,982 mlrd. dollara enib. BP TANAP-da 12%, TAP-da 20%, “Cənubi Qafqaz Boru Kəməri” şirkətində 28,8%, “Azəri-Çıraq-Günəşli” layihəsində 35,8%, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 30,10%, “Şahdəniz” layihəsində 28,8%-lik paylara malikdir.

BTC-də 5%-lik paya malik olan Fransanın “Total” şirkəti isə 11-ci yerdən 24-cü yerə geriləyib. Belə ki, şirkətin gəliri 32,4% azalaraq 143,421 mlrd. dollara çatıb.

BTC-nin 8,9%-nə nəzarət edən “Chevron” isə 12-ci yerdən birdən-birə 31-ci yerə enib. Şirkətin gəliri il ərzində 35,7% azalaraq 131,118 mlrd. dollara çatıb.

Ölkəmizdə fəaliyyət göstərən “AXA Mbask” şirkətinin ana müəssisəsi olan AXA-nın gəliri il ərzində 19,8% azalaraq 129,250 mlrd. dollar olub. Bu səbəbdən sığorta nəhəngi ötən ilki 20-ci yerlə vidalaşaraq 33-cü yerə enib.

BTC-də 5%-lik paya malik olan İtaliyanın “Eni” şirkəti 40 pillə geriləyib. Ötən il 25 ən qazanclı şirkətdən biri olan İtaliya nəhəngi 65-ci yerədək geriləyib. Şirkətin gəliri il ərzində 36,8% azalaraq 92,985 mlrd. dollara çatıb.

Neftin qiymətinin kəskin azalması əslən azərbaycanlı olan Vahid Ələkbərovun rəhbərlik etdiyi “LUKoil” şirkətinin gəlirlərinə və müvafiq olaraq siyahıdakı mövqeyinə təsir edib. İl ərzində mənfəəti 30,5% azalan şirkət 84,677 mlrd. dollar mənfəət əldə edə bilib. “Şahdəniz” layihəsində və Cənubi Qafqaz Boru Kəməri şirkətində 10%-lik paya malik olan V. Ələkbərovun şirkəti 43-cü yeri 76-ya dəyişib.

“Şahdəniz” layihəsində 15,5%-lik paya malik Malayziyanın “Petronas” şirkəti 63,466 mlrd. dollarlıq gəlir əldə edib ki, bu da illik müqayisədə 36,9% azalma deməkdir. Bu səbəbdən şirkət 68-ci yerdən 125-ci yerə enib.

BTC-də 8,71% AÇQ-də isə 8,6%-lik paylara sahib olan “Statoil” şirkətinin mənfəəti il ərzində 39,4% azalaraq 59,895 mlrd. dollara enib. Bu səbəbdən Norveç şirkəti 75-ci yerdən 145-ci yerə enib.

Yaponiyanın “İtochu” şirkəti 206-cı yeri 223-cü yerə dəyişib. Çünki BTC-də 3,4%, AÇQ-də isə 4,3%-lik paya malik olan şirkətin gəliri 16,7% azalaraq 42,345 mlrd. dollara enib.

Yenicag.az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv