!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerjinin qiyməti artırılacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərenerji” ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.

Bu barədə “Standard&Poor`s Global Ratings” (S&P) yaydığı məlumatda deyilir.

“2016-cı ilin dekabrında Azərenerji ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik”, – agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı Azərenerji ASC-nin maliyyə nəticələrinə təsir etməyib:

“Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək”.

Yeniçağ.az

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv