!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Epidemiya kimi yayılan WannaCry virusu

!Reklam – Yazi

Keçən həftədən etibarən yayılmağa başlıyan bu virus təhlükəsizlik tədqiqatçılarının hesablamasına görə Cümə gününün sonunda 150 ölkədən təxminən 57000 kompüterə bulaşmışdır. Şənbə günü virusun yayılması zəifləsədə 200000-dən artıq kompüterə bulaşdığına inanılır.

WannaCry nədir ?

Öncəliklə WannaCry-ın nə olduğunu aydınlaşdıraq. Bu “Trojan” virusunun qorxulu bir növüdür və bulaşdığı kompüterdəki faylları şifrələyib, geri qaytarmaq üçün ödəniş tələb edir.

WannaCry necə işləyir ?

Əvvəlcədən də qeyd etdiyimiz kimi bu tipli viruslar öncə cihazdakı faylları şifrələyir, daha sonra isə pul tələb edir. WannaCry bulaşdığı gündən etibarən 3 gün ərzində 300$ dəyərində bitcoin ödənişi tələb edir, 3 gün ərzində ödəniş olunmasa məbləğ 600$-a qalxır. 7 gündə ödəniş olunmasa virus bütün faylları silir.

37qze4

WannaCry günlük həyatda istifadə etdiyimiz 200-dən çox fayl növünü şifrələyə bilir. Bununla yanaşı, virus zərərçəkənin kompüterində “txt” formatında qeyd qoyur:

5gblyq

WannaCry necə yarandı ?

WannaCry trojanının yaranmasında Milli Təhlükəsizlik Agentliyinin tapdığı “EternalBlue” adlı exploit (sistem xətası) böyük rol oynayır. Bu sistem xətası Aprel ayında Shadow Brokers adlı hacker qrupu tərəfindən ətraflı şəkildə paylaşılıb.

Hücum bitib?

Təəssüfki, xeyr. WannaCry 12 May tarixində üzə çıxanda artıq 57000-dən çox cihaza yayılmışdı. Əsasən Avropa ölkələrinə zərər verməklə yanaşı, banklar, xəstəxanalar və hökümət orqanları daxil olmaqla böyük şirkətlərə ciddi şəkildə ziyan vurmuşdur.

13 May tarixində 22 yaşlı təhlükəsizlik tədqiqatçısı Marcus Hitchins virusun yayılmasını izləyən domen adını alaraq bilmədən hücumun yayılmasını zəiflətmişdir. Bu haqda Marcus-un blogundan ətraflı oxuya bilərsiniz.

Özümü bu virusdan necə qoruya bilərəm ?

Əməliyyat sisteminizdən asılı olmayaraq, ən yeni sistem yenilənmələrini yükləyərək qoruna bilərsiniz. Xüsusən də Windows XP, Windows 8 və Windows Server 2003 istifadəçilərinə Microsoft-un təqdim etdiyi ən son yenilənməni etmələri tövsiyə olunur.

Kompüterim WannaCry-a bulaşıbsa nə edim ?

Təəssüflə bildirmək istəyirik ki, hal-hazırda heç bir çıxış yolu yoxdur. Antivirus şirkətləri və kibertəhlükəsizlik üzrə ekspertlər şifrələnmiş faylları qurtarmaq üçün çalışırlar. Əgər məlumatlarınızın ehtiyat nüsxəsi varsa narahat olmaq lazım deyil, nüsxə yoxdursa faylları qaytarmaq üçün virus tərəfindən göstərilən təlimatlara əməl edib, ödəniş etməlisiniz.( Technote.az)

Yeniçağ.Az

www.yenicag.az

1049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv