Ads by Google

hightechnic
Ads by Google

144950_res_01Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Uqanda prezidenti Yoveri Museveni ilə birlikdə keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidentinin “əti çeynəyə bilən dişlər, birlikdə olan dişlərdir” mənasını verən Uqanda atalar sözünü deməsi Musevenini güldürüb. Türkiyə prezidentinin afrikalı hmkarı əlini masaya vuraraq gülüb.

“2004-cü ildən etibarən Somalinin inkişafı üçün bölgə ölkələri ilə birlikdə böyük səy göstəririk. Uqandanın xüsusi ilə səy göstərdiyini vurğulamaq istərdim. Burada bir atalar sözünü xatırlatmaq istərdim. “Əti çeynəyə bilən dişlər, birlikdə olan dişlərdir” – deyə Türkiyə prezident çıxışı zamanı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın Uqanda Respublikasına səfəri ötən gecə başlayıb.

Virtualaz.org xatırladır ki, bu, tarixdə Türkiyə dövlət başçısının Uqandaya etdiyi ilk səfərdir.

İyunun 2-də isə Ərdoğan Keniyaya yollanacaq. Türkiyə prezidenti orada bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 98
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."