www.sinerjipro.net

SinerjiProWide
Reklam

144152112055ebdde056ca3Türkiyənin Bodrum şəhərində cəsəti sahildə tapılan 3 yaşlı Aylan adlı körpənin atası Ərdoğanın ona Türkiyə vətəndaşlığını təklif etdiyini söyləyib.

Yenicag.az xəbər verir ki, Aylan Kürdinin atası Abdullah Kürdi Misir televizyalarından birinə “Ərdoğan Türkiyə vətəndaşlığını təklif etdi. Qəbul edərdim. Çünki Türkiyə hökuməti mənə heç kimin etmədiyi yaxşılığı etdi. Qürur duydum. Amma təklifi indi qəbul etməyəcəm”.

Kürdi daha sonra bunları əlavə edib: “Türkiyə hökuməti dəfn xərclərində mənə çox yardım etdi. Cənazələrin Bodrumdan Kobaniyə gətirilməsi üçün xüsusi təyyarə ayrıldı”.

Abdullah Kürdi baş nazir Əhməd Davudoğlu, keçmiş Türkiyə prezidenti Abdullah Gül, həmçinin Kürdistan Muxtariyyətin yüksək vəzifəli şəxsinin ona başsağlığı verdiyini bildirib. Lakin Küveyt və Misir xaricində heç bir ərəb ölkəsinin onunla maraqlanmadığını bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."