www.sinerjipro.net

SinerjiProWide
Reklam

250420142110345900898Azərbaycan prezidentinin çıxışı Türk mediasının gündəmi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yox, mən buradayam” deməsi Türkiyədə də gündəmin ən önəmli xəbəri oldu. Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etməsinə Əliyevin cavabı Türk mediası tərəfindən manşetdən verilib.

Azərbaycan Prezidentinin bu çıxışının Ərdoğanın “təhcir başsağlığı”ndan sonra edilməsi həm də başqa anlam daşıyır. Belə ki, Türkiyə baş nazirinin çıxışından sonra İlham Əliyevin bundan xəbərsiz olduğu və yenidən Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşəcəyi bildirilirdi.

Görünən odur ki, Ərdoğanla Əliyev öncədən planlaşdırılan və razılaşdırılmış siyasət yürüdürlər. Bu strateji əməkdaşlıq təkcə Gülən camaatı ilə deyil, erməni məsələsində də həmfikirdirlər.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun həmin başsağlığı ilə bağlı “bu məktub aylar öncə hazırlandı” deməsi də Prezidentin baş nazirin məktubundan xəbərsiz olmayacağını göstərir.

 Yenicag.az-a daxil olan məlumatda da bildirilir ki, təkcə “başsağlığı” mesajı deyil, iyun ayında Türkiyənin erməni məsələsi ilə bağlı edəcəyi sürprizlərdən də Əliyevin xəbəri var və Ərdoğan ilə bu məsələlərdə razılaşıblar.

yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."