Yazı İçi 468×60

erdogan (1)Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə ilk xəbəri öz yeznəsindən öyrənibmiş. Bu barədə prezidet özü Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

Ərdoğan deyib ki, qiyamçılar onun ətraf aləmlə bütün telekommunikasiya vasitələrini kəsiblərmiş və o, demək olar ki, tam təcrid olunubmuş. Belə bir vaxtda ona bacısının əri məlumat ötürə bilib.

Qeyd edək ki, Ərdoğan həmin gecə Dalamanda oteldə istirahətdə olub. Onun hərbi yavəri Əli Yaızıçının və digər yavərlərinin qiyamçı generallarla əlbir olduğunu nəzərə alsaq, prezidenti təcrid etmək qiyamçılar üçün çətin olmayıb.

Ancaq ilk xəbəri alan Ərdoğan təcili şəkildə oteldən ayrılaraq İstanbula yola düşüb, xalqa müraciət edib, polis təşkilatını, təhlükəsizlik xidmətini ayağa qaldırıb. (musavat)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."