Ərdoğan dünya mediasının manşetində

Müəllif: resul

Editor

erdoganDünyanın aparıcı media orqanları Türkiyə prezidenti Ərdoğanın ünvanına təriflər yağdırıblar.

Yeniçağ.Az xəbər verir ki, Hələbdə dinc insanların qətliamını durdurduğuna görə, dünya mediası Ərdoğandan yazıb.

Həmin media orqanlarının manşetlərindəki bəzi xəbər başlıqlarını diqqətinizə çatdırırıq:

The Guardian (İngiltərə): “Hələb: Türkiyə-Rusiya atəşkəs anlaşması şəhərin atəş altında qalan dinc sakinlərinə həyat ümidi verdi” başlığı ilə yaydığı xəbərdə rus və türk kəşfiyyatlarının Hələbdən dinc əhalinin çıxmasını təmin etdiyi haqda yazıb.

BBC (İngiltərə): “Əhalinin Hələbdən çıxarılmasında əsas rolu oynayan Türkiyə bütün Suriya ərazisində atəşkəsə nail olmaq üçün Rusiya ilə müzakirələri davam etdirir”

Sky News (İngiltərə): “Türkiyə Rusiyanın Əsəd rejiminə təzyiq göstərməsinə və atəşkəsin əldə olunmasına nail oldu”

Le Parisien (Fransa): “Kremllə təmasa girən Türkiyə Hələbə dəhliz açaraq insanlara humanitar yardım çatdırdı”

L’Orient Le Jour (Lübnan): “Hələbi tərk edən yaralı dinc sakinlər Türkiyədəki xəstəxanalarda müalicə almağa başladılar”

Associated Press:”Amkara və Moskvanın səyləri ilə Suriyadakı qruplaşmalar arasında atəşkəs əldə olundu və dinc əhali Hələbdən çıxarıldı”

CNN (ABŞ): “Hələbdə atəşkəsə nail olan Putin və Ərdoğan gələcəkdə bütün Suriyada da müharibənin dayanmasına nail ola bilərlər”

The Daily Beast (ABŞ): “Hazırda 3 milyon suriyalıya qapısını açan Türkiyə Hələbdən qaçan daha 80 min nəfər üçün çadır şəhərcik qurur”

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır