Ərdoğan əleyhdarı 550 minlik səhifəni azərbaycanlı gənc bağlatdırdı – FOTOFAKT

Müəllif: Baş Redaktor

Baş Redaktor

747536GAMOH lideri Mahmudəli Çöhrəqanlının 550 minlik Facebook səhifəsi bağladılıb.

Çöhrəqanlının övladlarının idarə etdiyi və “Güney Azərbaycan Milli Oyanış Hərəkatı” adlanan səhifə bir neçə il idi ki, İran və Güney Azərbaycandan deyil, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə təhqiramiz paylaşımları ilə tanınırdı. Hər gün davamlı olaraq, Ərdoğanı təhqir edən GAMOH səhifə türklərin də etirazına səbəb olmuşdu.

Ancaq səhifə türklərin deyil, azərbaycanlı gəncin şikayəti əsasında bağlanıb. Yenicag.az xəbər verir ki, şikayətçi gənc blogger Emil Məmmədovdur.

11949515_937881016282228_8738967193572468572_nXəbəri təsdiqləyən Emil Məmmədov addımını belə əsaslandırıb: “Mən sivil mübarizənin tərəfdarıyam.  Ərdoğanı da, digərlərini də mən də tənqid edirəm, ancaq tənqid təhdid və təhqirə çevrilməməlidir. Güney Azərbaycan adından manipulyasiya edilərək, bu şəkildə təhqirlərə yol verilməsini doğru hesab etmədim və şikayət etdim”.

Qeyd edək ki, Mahmudəli Çöhrəqanlının Azərbaycana və Türkiyəyə girişi qadağan olunub.

12077265_1029668230400310_2073148832_n

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir