www.sinerjipro.net

SinerjiProWide
Reklam

 


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Konyada vətəndaşlarla görüşüb.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əyalət sisteminin tənqidi məsələsindən bəhs edən Türkiyə prezidenti bu sistemin gündəmdə olmadığını qeyd edib.

“Əyalət bizim gündəmimizdə olmayıb, olmayacaq da. Onların əksəriyyəti artıq tarixə qovuşub. Cümhuriyyətimiz daima yaşayacaqdır”, -deyə Ərdoğan bildirib.

Bazar günü ölkədə keçiriləcək referendumla bağlı da danışan Ərdoğan bu günün bayram olacağını deyib:

“Bazar gününün axşamı bu ölkənin bayramı olacaq. Bu, tarixi bir çevrilişdir”.

O, eyni zamanda hər kəsi seçki sandıqları barədə diqqətli olmağa çağırıb:

“Seçki qutularına sahib çıxacağıq. Heç bir səhlənkarlıq olmamalıdır. Bütün mərhələlərdə diqqətli olun. Sağda-solda deyilənlərə qulaq asmayın. Sizi düşündürən nə məsələ varsa aidiyyatı şəxslərdən soruşun”.

Ərdoğan CHP-lilərin əsl simalarının bəlli olduğunu və yeni sistemdən sonra millətin qarşısına çıxa bilməyəcəklərini də qeyd etdi:

“CHP sədri, keçmiş sədrləri və millət vəkilləri tərəflərini itiriblər. Millətimizin içi çürük olanlarla işi yoxdur. Bunların dərdi böyükdür. Türkiyənin idarəçilik sistemi dəyişdikdə artıq millətin qarşısına çıxmağa üzləri qalmayacaq”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."