www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına (AKP) qayıdacağına dair yeni tarix açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə aprelin 16-da baş tutan Konstitusiya referendumunda “Əvət” nəticəsi çıxmasından sonra prezident Ərdoğanın hakim AKP-yə partiyanın fövqəladə qurultayında təkrar üzv olacağı bildirilir.

Məlumata görə, AKP-nin fövqəladə qurultayının keçiriləcəyi tarix də artıq müəyyənləşib: 2017-ci il mayın 27-si. Qeyd olunur ki, AKP-nin fövqəladə qurultayının planlaşdırıldığı 27 may günü həm də Türkiyədə 1960-cı ildə baş vermiş hərbi dövlət çevrilişinin 57-ci ildönümüdür.

Ərdoğanın mayın 27-də keçiriləcəyi deyilən AKP-nin fövqəladə qurultayında partiyaya təkrar üzv və sədr seçiləcəyi haqda xəbərdə bunlar qeyd olunub:

“AKP-dəki mənbələrdən əldə edilən məlumata görə, prezident Ərdoğan Yüksək Seçki Qurumunun referendumun dəqiq nəticələrini açıqlamasından və bu məlumatın “Rəsmi qəzet”də dərc edilməsindən sonra partiyaya üzv olacaq.

Prezident Ərdoğanın son açıqlamalarına uyğun olaraq hərəkətə keçən AKP-nin rəhbər orqanlarının mayın ilk həftəsində fövqəladə qurultayın keçirilməsinə dair qərar veriləcək.

Ərdoğanın Türkiyə demokratiyası tarixi üçün simvolik mənası olan 27 mayda reallaşacağı gözlənilən AKP-nin fövqəladə qurultayında partiyanın başına keçəcəyi planlaşdırılır.

Bununla belə, mayın 27-nin Ramazan ayının ilk həftəsinə təsadüf etməsi səbəbindən qurultayın vaxtı irəli, yaxud da geri çəkilə bilər. O baxımdan, AKP-nin fövqəladə qurultayının iyunda və mayın 20-21-də keçirilməsi də istisna olunmur”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."