!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan israilli nazirlə görüşdü – 6 il sonra bir ilkin FOTOSU

!Reklam – Yazi

yenicag.az_erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Zirvəsində İsrailin enerji naziri Yuval Steinitz ilə görüşməsinin görüntüsü yayılıb. Mavi Marmara hadisəsindən sonra bir ilk olan bu görüşün fotosu İsrail “İ24 News” agentliyinin müxbiri Tal Shalev imzası ilə dərc olunan xəbərdə yayınlandı.

İsrail baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan Yuval Steinitz, bir neçə gün öncə Türkiyə ilə İsrail arasında anlaşmanın yüzdə doxsan həll olunduğunu, bu anlaşmanın əsas maddələrindən birinin də Qazzə Şəridinə liman qurulması olduğunu ifadə etmişdi.

Qeyd edək ki, İsrail əsgərlərinin Qazzəyə yardım aparan “Mavi Marmara” gəmisinə 2010-cu ildə beynəlxalq sularda etdiyi basqın zamanı 10 türk vətəndaşı həyatını itirdiyi üçün iki ölkə arasında münasibətlər pozulmuşdu. Türkiyənin tələb etdiyi üzrü Netanyahu 3 il sonra diləmişdi. Təzminat məsələsində də İsrail razı olduğu üçün hələki tək problemin Qəzza mühasirəsi ilə bağlı qaldığı bildirilir və tərəflərin bu yöndə çalışdığı vurğulanır.

Yenicag.az

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv