Yazı İçi 468×60

erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Meşə və Su təsərrüfatı Nazirliyinin açılış mərasimindəki çıxışında vacib məqamlara toxunub.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regionda cərəyan edən ciddi proseslər fonunda fəaliyyətsiz olmağın ağır nəticələrə səbəb olacağını deyib:

“Belə mühüm bir ərəfədə bölgədə gedən indiki proseslərdə iştirak etməsək, özümüzü Sevr müqaviləsinin şərtləri içərisində görəcəyik. Açıq danışmaq lazımdır, hazırda İstiqlal Savaşından sonra ən böyük mübarizəmiz gedir. Türkiyəni parçalamaq istəyən qüvvələr həssas yerlərimizi hədəfə alırlar. Bilirlər ki, türk milləti bir olsa, yumruğu onların başlarına vuracaq. Bu gün assimmetrik bir savaşla üz-üzəyik. Terror təşkilatları isə sadəcə, “piyada”dırlar. Millətimiz cevrilişə cəhd edənlərin qarşısına çıxaraq, bu əməliyyatın genişlənməsinə imkan vermədi. Ancaq bu mübarizəni davam etdirməkdə qətiyyətliyik. Öz çatışmazlıqlarımızı və səhvlərimizi də kənara qoymuruq. Birliyimizə zərbə vuran halları aradan qaldırmaq üçün lazım olan tədbirləri görəcək, bütün maneələri dəf edəcəyik”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."