!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə gedir

!Reklam – Yazi

iBu barədə prezidentə yaxın mənbələrdən bildirilib.

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Ans press-in məlumatına görə, bu barədə prezidentə yaxın mənbələrdən bildirilib.

Məhəmməd Əlinin qızı atasının son dəqiqələrindən danışdı
Yayılan xəbərlərə görə, Ərdoğan Məhəmməd Əlinin cənazə namazı və son mənzilə yola salınması mərasimində iştirak etmək üçün ABŞ-ın Kentukki ştatının Luisville şəhərinə gedəcək.

Məlumatda bildirlir ki, Ərdoğan müsəlmanlar arasında müstəsna yeri olan Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün sabah axşam yola çıxacaq.

Ötən gün Türkiyə Prezidenti iyunun 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əli ilə bağlı rəsmi “Twitter” hesabından mesajlar paylaşıb.

“Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi. Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq. “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm”, – Ərdoğan yazıb.

Boksçunun cənazəsinin Luisville şəhərinə gətirilməsi

İyunun 3-də vəfat edən Məhəmməd Əli iyunun 10-u ABŞ-ın Luisvil şəhərində torpağa tapşırılacaq.

Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.

Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasındadünyasını dəyişib.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv