www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin sabiq baş nazirləri Adnan Menderes və Nəcməddin Ərbakanın xatirəsini yad edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin 8-ci prezidenti Turqut Özalın vəfatının 24-cü ildönümü münasibəti ilə Anıtqəbirdə mərasimə qatılan Ərdoğan daha sonra sabiq baş nazir Adnan Menderesin, o cümlədən mərhum nazirlər Fatin Rüştü Zorlu və Hasan Polatkanın məzarlarını ziyarət edib.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, enerji və təbii sərvətlər naziri Berat Albayrak, İstanbul Valisi Vasip Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaş və Ak Parti İstanbul vilayət təşkilatının sədri Selim Temurci ziyarət zamanı Ərdoğanla birlikdə olublar.

Ərdoğan “Qurani-Kərim” oxunuşundan sonra Adnan Menderes və mərhum nazirlər Fatin Rüştü Zorlu ilə Hasan Polatkan üçün dua edib.

Ziyarət zamanı adları çəkilən mərhumların məzarlarının yaxşı vəziyyətdə olmadığını görən Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşa, Zeytinburnu Bələdiyyəsinin sədri Murat Aydın və Fatih Bələdiyyəsinin sədri Mustafa Demirə qəbirlərin yenilənməsini tapşırıb.

Ərdoğan daha sonra keçmiş baş nazir Nəcməddin Ərbakanın da məzarını ziyarət edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."