Ərdoğan Moskvaya gedir

Müəllif: Redaktor

Editor

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (RTƏŞ) iclasında iştirak etmək üçün mart ayında Rusiyaya səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik” Türkiyənin diplomatik dairələrinə istinadən verib. Qeyd olunub ki, mart ayının ilk günlərində Rusiyada keçiriləcək RTƏŞ-in toplantısı çərçivəsində Ərdoğanın Moskvaya səfəri və prezident Vladimir Putinlə görüşü gözlənilir.

Sözügedən toplantıda Putin və Ərdoğanın sədr qismində iştirak edəcəyi bildirilir. Görüşlərdə, xüsusilə Türkiyənin ərzaq məhsullarına qarşı məhdudiyyətlərin ləğv olunması, Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması, həmçinin başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir