!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Obama Türkiyəni aldatdı”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq dövlət başçısı Barak Obamanın terrorla mübarizə məsələsində Türkiyəni aldatdığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb:

Ərdoğan bildirib ki, terrorçu PKK və onun Suriya qolları olan PYD ilə YPG-ni məhv etməyin vaxtı gəldiyini ABŞ prezidenti Donald Trampın diqqətinə çatdırıb.

Türkiyə Prezidenti Vaşinqtonun PKK-nın Suriya qolları ilə əlaqələrinə görə narahatlığını diqqətə çatdırıb. O, qeyd edib ki, İŞİD-in mərkəzi şəhəri olan Rakkanın azad edilməsi əməliyyatına PYD ilə YPG-nin də cəlb edilməsi ciddi səhv olardı:

“Bir terrorçu təşkilatdan digərinə qarşı istifadə etmək olmaz. İŞİD terror təşkilatıdır, lakin PYD ilə YPG də Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradan terror təşkilatlarıdır”.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə ABŞ strateji tərəfdaş və NATO üzrə müttəfiq olaraq, qarşılıqlı əməkdaşlığı möhkəmləndirməlidirlər.

Prezident Ağ Ev administrasiyasının PYD ilə YPG-yə münasibətinin dəyişməsinin mümkünlüyünə dair sualı belə cavablandırıb:

“Trampla şəxsi görüşümüzdə bu məsələni detallı şəkildə müzakirə edəcəyik. Türkiyə və ABŞ arasında terrorla mübarizə ilə bağlı anlaşma var. O saziş Obama dönəmində də qüvvədə olub. Lakin təəssüf ki, Obama PYD ilə YPG-yə qarşı mübarizə məsələsində Türkiyəni aldatdı. Ümid edirəm ki, ABŞ-ın yeni rəhbərliyi bu səhvləri təkrarlamayacaq”.

Ərdoğan bildirib ki, Türkiyə və ABŞ İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiya üzrə tərəfdaşdırlar. O, İŞİD-lə mübarizə məsələsini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini vurğulayıb.

Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silah tətbiqini “Bəşəriyyət əleyhinə cinayət” adlandıran Ərdoğanın fikrincə, dünya birliyinin etirazı tək bu məsələ ilə məhdudlaşmamalıdır:

“Əgər Suriyada kimyəvi silahın tətbiqi nəticəsində 1500 nəfər həlak olubsa, digər silahlardan istifadə olunması ilə 100 minlərlə insan qətlə yetirilib. Silahların növündən asılı olmayaraq, nəticə dəyişmir – insanlar həlak olurlar. Bütün bunlar geniş müzakirə tələb edir – o cümlədən Trampla”.

Ərdoğanın sözlərinə görə, onun Trampla görüşü gələn aya planlaşdırılıb.

Yeniçağ.Az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv