Yazı İçi 468×60

3fde7806d27f9decd4b40321db0ed28fTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Türkiyə liderinin məktubunun mətnini RİA Novosti agentliyi yayıb.

Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.

“Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Eləcə də, Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram”, – deyə Türkiyə prezidentinin təbrik məktubunda qeyd olunub.

Türkiyənin baş naziri Binali Yıldırımın da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.

Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."