Ərdoğan: “Putinlə danışmışıq, 5 rayon qaytarılmalıdır ki…”

Müəllif: Redaktor

Editor

1470910073_putin-erdogan-i-arayacak-6074“Türkiyə-Rusiya-Azərbaycan üçlü mexanizmini yaratmaq istəyirik. Bu mövzuyla əlaqədar xarici işlər nazirimiz Azərbaycan xarici işlər naziri ilə danışdı. Biz də cənab Putin ilə də bunu danışdıq, razı qaldıq. Məqsəd bölgədəki siyasi dəyişiklikləri yerində, yaxından təqib etməkdır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, xüsusilə hazırda Qarabağ məsələsi gündəmdədir: “Bu mövzularda Türkiyənin içində olduğu bir Minsk Qrupu var. Bu qrup çox daha fərqli nəticələr verə bilərdi. Amma Azərbaycan xaricində yalnız 3 ölkə bu işin içərisindədir. 23-24 il oldu, amma hələ də bu münaqişə həll olunmadı və ya həll etmək istəmədilər. Təbii ki, bir işğaldan söhbət gedir. Bu işğalı hər kəs qəbul edir. Madam işğal var, bunu niyə nəticələndirmirsiniz? Amma indi bəzi yeniliklər var”.

Ərdoğan bildirib ki, Putin bu işin üzərinə gedir, cənab Əliyev də mənə bunu izah etdi: “Xahişlərdə odur ki, daha əvvəl razılaşdırılmış 5 rayon qaytarılsa, zənnimcə oradakı problem yeni mərhələyə keçəcək.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır