!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Qarşımızda “Ərəbistanlı Lourens”in müasir prototipləri var”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclərlə keçirtdiyi görüşdə yenə də terrorçuların əli ilə regionun xəritəsinin təzədən cızmağa cəhd edildiyini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söhbətin 100 il əvvəl ingilis kəşfiyyatçısı “Ərəbistanlı Lourens” (Tomas Edvard Lourens – red.) kimi ərəbcə danışan və yerli əhaliyə uyğunlaşmaq istəyən şəxslərdən getdiyini bildirib:

“Qarşımızda imam və alimlərə bənzəməyə çalışan “Ərəbistanlı Lourens”in müasir prototipləri var. 100 il əvvəl Sayks-Piko gizli anlaşması imzalanıb. Gizli müzakirələr bu gün də davam etdirilir”.

Ərdoğan əlavə edib ki, hazırda avropalıların özləri Avropa dəyərlərinə məhəl qoymurlar:

“Biz ümumi qəbul edilmiş hüquq normalarına məhəl qoyulmadığı dövrdə yaşayırıq. Həm də ki İŞİD, terrorçu PKK-nın Suriya qolu olan PYD və FETÖ kimi terror şəbəkələrinin fəaliyyətindən ən çox müsəlmanlar əziyyət çəkirlər”.

Qeyd edək ki, 1916-ci il mayın 16-da Böyük Britaniya, Fransa, Rusiya və daha sonra İtaliya hökumətlərinin qəbul etdiyi Sayks-Piko anlaşması bu ölkələrin I Dünya Müharibəsindən sonra Yaxın Şərqdəki nüfuz zonalarının böluşdürülməsini nəzərdə tutub. Hazırda həmin bölgünün yaratdığı “miras” bütün tərəflərdən ciddi tənqid olunmaqdadır.

Yeniçağ.Az

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv