www.sinerjipro.net

SinerjiProWide
Reklam

Konstitusiya referendumunun nəticələri Türkiyə dövləti və xalqının rifahı naminə xidmət edəcək.

Yeniçağ.Az-ın Türkiyə mediyasına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Referendumun nəticələri Türkiyə dövləti və xalqının rifahına xidmət edəcək. Səsvermə nümayiş etdirdi ki, xalq öz ölkəsini, öz gələcəyini müdafiə edir. Bu gün tarixi bir qərar qəbul edilib. Xalqın seçimi ilə biz tariximizdə ən əhəmiyyətli idarəetmə islahatını həyata keçirdik”, – deyə Ərdoğan bildirib.

“İlk dəfədir ki, biz ölkənin idarəetmə sistemini dəyişirik. Bu bizim ümumi qələbəmizdir. Bütün mübahisələr arxada qaldı. Biz xalqımızın qərarına hörmətlə yanaşmağa çağırırıq”, – deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən, seçicilərin 51,4 faizi “Əvət”, 48,6 faizi isə “Xeyr” mövqeyində olub. Türkiyə Yüksək Seçki Qurumu da Referendumun nəticələrini açıqlayıb və “Əvət”in öndə olduğunu bildirib.

Bu nəticə AKP iqtidarına Türkiyə Konstitusiyasına təklif olunan dəyişiklikləri həyata keçirərək, ölkədə prezident üsul-idarəsini tətbiq etmək səlahiyyəti verib.

Qeyd edək ki, Konstitusiya islahatının əleyhinə olan ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) səsvermə zamanı və səslərin hesablanması prosesində qanun pozuntularına yol verildiyini iddia edir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."